Novruz Məmmədov sabah Qazaxıstana səfər edəcək

Novruz Məmmədov sabah Qazaxıstana səfər edəcək Siyasət
Azərbaycanın Baş naziri Novruz Məmmədov sabah Qazaxıstana səfər edəcək.

Nazir Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının noyabrın 2-də Astana şəhərində keçiriləcək iclasında iştirak edəcək. 
Bu ilin aprelində Baş nazir təyin edilən N.Məmmədov bu vəzifədə MDB Hökumət Başçıları Şurasının toplantısında ilk dəfə iştirak edəcək.