-
- 14-07-2018, 15:09
- 1 260
Adnan Oktar vəkilin dediklərini təkzib etdi - Dəli olmadığını söylədi
Həbs olunan ilahiyyatçı Adnan Oktar dəli olmadığını və bunu sübut etmək üçün əlində 60-a yaxın xəstəxanadan arayış olduğunu söyləyib.
News24.az xəbər verir ki, dünən Adnan Oktarın vəkili onun şizofreniya xəstəsi olmasını əsas gətirərək həbs olunmayacağını söyləmişdi.
Adnan Oktar bundan öncə də dəfələrlə istintaq cəlb olunsa da, məhz bu səbədən azadlığa buraxılmışdı. Eyni zamanda onun arxasnda dayanan gizli güclər hər dəfə cəzadan yayınmasına nail ola bilirlər.
Qeyd edək ki, Oktarın saxlanılmasından sonra 82 zərərçəkmiş onunla bağlı istintaqa müraciət edib.
Dəli olmadığını söyləyən Adnan Oktarın əslində 7 dənə "dəlilik kağızı" var.
15 il bundan əvvəl – 1999-cu ildə Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, Adnan Oktara 7 ayrı-ayrı xəstəxanada şizofreniya diaqnozu qoyulduğu barədə arayışlar var. Adnan Oktara ilk dəfə şizofreniya diaqnozu barədə arayış 1983-cü ildə Şişli Etfal Xəstəxanası tərəfindən verilib. Növbəti il Cerrahpaşa Tibb Fakültəsi də ona oxşar sənəd təqdim edib, 1985-ci ildə hərbi xidmətə çağırılan Oktar üçüncü belə sənədi hərbi xəstəxanadan alıb.
Adnan hocaya dördüncü arayış Ədliyyə Tibb Mərkəzindən verilir və o, həbsxanadan göndərildiyi Bakırköydə 7 ay müalicə olunur. Xəstəxanada antipsixotrop dərmanlarla edilən müalicədən sonra evə buraxılan Adnan Oktara Gülhanə Hərbi Tibb Akademiyasında və Eskişehir Hava xəstəxanalarında paronoid-şizofreniya diaqnozu qoyulur.
Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında 7 aylıq müalicədən sonra beşinci dəlilik arayışını alan Adnana altıncı arayış 1988-ci ildə, Beşiktaş Əsgərlik Şöbəsindən verilib.
1993-cü ildə yenidən Eskişehir Hava Xəstəxanasına göndərilən Adnan Oktar burada 7-ci, sonuncu son hesabatını alıb. Hesabatda isə “Əsgərliyə yararlı deyil” cümləsi qeyd olunub.
İlhamə