Naxçıvana avtobus marşrutunun bərpa olmamasına aydınlıq gətirildi
    • 27-05-2021, 15:53
    • 585

Naxçıvana avtobus marşrutunun bərpa olmamasına aydınlıq gətirildi

Naxçıvana mayın ayının 31-dən sərnişin daşımalar təmin edilməyəcək.

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Naxçıvanla quru sərhədin olmaması və İran ərazisindən keçmək lazım olduğundan səfərlərin təşkili mümkün olmayaq. Bu proses yalnız Nazirlər Kabinetinin xüsusi qərarından sonra mümkün olacaq: "Naxçıvana səyahət İran üzərindən olduğu üçün, yəni beynəlxalq sayıldığı üçün hələ ki, açmamışıq".