Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi
    • 28-05-2021, 17:35
    • 451

Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevi Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Kiyevə rəsmi səfərə dəvət edib.

News24.az xəbər verir ki, bu, Ukrayna prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı təbrikdə yer alıb. 

Mətndə deyilir:

"Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq".