-
- 31-05-2021, 12:28
- 417
"YAŞAT" Marafonu çərçivəsində 1 milyon manatdan artıq vəsait toplandı
29 aprel tarixindən start verilən “YAŞAT” Marafonu Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.
News24.az xəbər verir ki, bunu "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub. 25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 “Skype” bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub. Ümumilikdə marafonun start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələri sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkədəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adaları, Trinidad, Tobaqo, Kolumbiya, Braziliya, Ekvadordan da insanlar iştirak ediblər. Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb. Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.