Silvester Stallone seks skandalından qurtuldu
    • 2-11-2018, 14:10
    • 1 022

Silvester Stallone seks skandalından qurtuldu

Los Angeles Prokurorluğu 2017-ci ilin sonunda təcavüzdə ittiham olunan məşhur Hollivud aktyoru Silvester Stallone əleyhinə ittihamları rədd etdi.

News24.az TMZ nəşrinə istinadən bildirir ki, prokurorluq, sübutların olmaması, məhdudiyyətlər müddəti başa çatdıqdan və şahidlərin ittihamlarını təsdiq edə bilməməsi səbəbindən işi rədd etdi.
Mənbədə qeyd edildiyi kimi, iki şahidin ifadəsi şikayətçi "qurbanın" ifadəsinin əksini göstərib.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında adı açıqlanmayan bir qadın 1986-cı ildə - 16 yaşındaykən Stallone tərəfindən cinsi təcavüzə məruz qaldığı barədə şikayət etmişdi. Həmçinin adını gizli saxlayan başqa bir qadın da 1990-cı ildə öz ofisində aktyorun ona hücum edərək, cinsi təcavüz göstərdiyini iddi etmişdi.