"Atamızın Rusiyada qızı var" - Sevil-Sevincdən etiraf  - VİDEO
    • 3-06-2021, 10:54
    • 551

"Atamızın Rusiyada qızı var" - Sevil-Sevincdən etiraf - VİDEO

Şou-biznesin əkiz bacıları Sevil və Sevinc ARB TV-də yayımlanan "Həmin Zaur" verilişində qonaq olublar.

News24.az xəbər verir ki, müğənnilər proqram əsnasında bir etiraf ediblər: "Mərhum atamızın Rusiyada Alana adlı bir qızı var. Bacımızın anası rusdur. Görüşmüşük, amma Bakıya heç vaxt gəlməyib, orada ailə qurub. Bir-birimizə çox oxşayırıq. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı. Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər".