Tatlısəs vəfat etdi
    • 3-11-2018, 13:11
    • 2 749

Tatlısəs vəfat etdi

Çox sayda məşhur mahnının bəstəkarı olan və İbrahimə öz Tatlısəs soyadını verən musiqiçi Yılmaz Tatlısəs ötən gün vəfat edib.

İbrahim Tatlısəsin məşhur olmasında soyadını verərək böyük töhfə verən Yılmaz Tatlısəsin Ayvalıkda həyatını itirdiyi öyrənildi. Yılmaz Tatlısəs oktyabr ayında Ayvalık Dövlət Xəstəxanasına yerləşdirilmişdi. 73 yaşlı sənətkarın ağciyərləri funksiyasını itirmişdi.
Nuri Sesigüzel, İbrahim Tatlısəs, Müslüm Gürses, Fərdi Tayfur və Zəki Mürenə qədər çox sayda məşhur isim tərəfindən mahnıları oxunub.