-
- 8-06-2021, 17:54
- 713
Bakıda burun əməliyyatı keçirən qız 4 gün sonra öldü
Bakıda plastik əməliyyat keçirən qadın 4 gün sonra dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.