Pərviz Bülbülənin yeni plagiat halları - VİDEO
    • 3-11-2018, 15:14
    • 1 337

Pərviz Bülbülənin yeni plagiat halları - VİDEO

Əvvəl meyxana deyərək məşhurlaşan, hazırda müğənni kimi də fəaliyyət göstərən Pərviz Bülbülənin ifa etdiyi mahnılar haqda həmişə "plagiat" söz-söhbəti gəzir. Onun musiqilərini özününkü kimi təqdim etdiyi mahnıların Hindistan mahnılarına bənzədilməsi faktdır. Pərviz özü də bunu danmayaraq, hind musiqilərindən bəhrələndiyini bildirib.
Bu günlərdə klipi ilə təqdim etdiyi "Öz anam" mahnısı əksər dinləyicilər tərəfindən xoş qarşılansa da mahnını dinləyənlərin sırasında bu mahnının da "oğurluq" olduğunu vurğulayanlar var. Bu dəfə isə Pərvizin hind deyil, türk mahnısından "bəhrələndiyi" deyilir. İzləyicilərin əksəriyyəti mahnını Mahsun Kırmızıgülün "Yıkılmadım" mahnısına bənzədiblər - xüsusilə də nəqarət hissəsini. Hər iki mahnını müqayisə etdikdə kantada oxşarlıq duyulur, amma ritmlər tam fərqlidir. Məlumdur ki, bir çox mahnıları istənilən ritmdə oxumaq mümkündür. Hətta buna misal olaraq əksər mahnıların remix halına salındığını da göstərmək olar...
Digər məqam isə klipin quruluşu və Pərvizin ordakı hərəkətlərinin Sami Yusifin Heydər Əliyev Sarayında keçirilən konsertindəki quruluş və məqamlara bənzədilməsidir.
Müqayisə üçün mahnıları və görüntüləri təqdim edirik. 

News24.az