Xalq artisti üçüncü dəfə əməliyyat olundu - FOTO
    • 9-06-2021, 11:24
    • 558

Xalq artisti üçüncü dəfə əməliyyat olundu - FOTO

Xalq artisti Ağadadaş Ağayev ötən gün İstanbulda üçüncü dəfə əməliyyat olunub.

News24.az xəbər verir ki, bu barədə aparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynov "İnstagram"da məlumat verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı iki saat davam edib: "Çox şükür ki, tanrı dualarımızı eşitdi, elin sənətkarı əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir".