-
- 9-06-2021, 11:35
- 399
Yüzlərlə vətəndaşın qanunsuz miqrasiyasının təşkili faktları ilə cinayət işi başlanıldı - Prokurorluq
Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının təşkili məqsədilə özgə əmlakını dələduzluqla ələ keçirərək rəsmi sənədlərin saxtalaşdırılması faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
News24.az xəbər verir ki, aparılmış ibtidai istintaqla Ruslan Tağıyevin 2019-2020-ci illər ərzində Bakı və Sumqayıt şəhərlərində şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə xarici ölkələrdə yerləşən zavod və şirkətlərə işçilərin yüksək məvaciblə işə götürülməsi, habelə Kanada və Almaniyaya yaşamaq, turist kimi və işləmək məqsədilə səfər etmək üçün vizaların, eləcə də ABŞ-da təhsil vizasının alınmasının təşkili ilə bağlı ona müraciət etmiş 34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq etməsi, habelə «Bizim Kəndimiz» MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə şirkət tərəfindən ona etibar edilmiş 14 min 800 manat dəyərində avadanlığı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməsi müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Ruslan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham elan edilərək, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərililib.