-
- 9-06-2021, 17:08
- 524
Məcburi köçkünlərin könüllü və təhlükəsiz şəraitdə qayıdışı üçün iş aparılır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, R. Rzayev bildirib ki, ötən ilin payızında Azərbaycan təcavüzkar Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edib, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə geri qayıtması üçün şərait yaranıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi bu prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Bir neçə gün öncə Azərbaycan Dövlət televiziyasının əməkdaşı Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Rövşən Rzayev deyib ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il tarixli birgə Bəyanatında əhalinin geri qayıdışı zamanı da BMT QAK-la əməkdaşlığın vacibliyi qeyd edilib.
Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dövlət siyasətinə bir daha diqqət çəkilib. Həmçinin, qeyd edilib ki, münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində Azərbaycan humanitar fəlakətdən xilas olub.
Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Qulam İshaqzainin də iştirakı ilə 9 iyul 2019-cu ildə keçirilmiş “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı BMT qurumları ilə birgə təşkil olunmuş tədbir məmnunluqla xatırlanıb.
Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə sədr Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb. BMT təsisatlarının əhalinin həssas kateqoriyalarından biri olan məcburi köçkünlərlə bağlı keçirilən layihələrinə görə təşəkkür bildirilib.
BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkür edib. Dövlət Komitəsinin sədri onu bərpa-quruculuq işlərindən sonra işğaldan azad edilmiş ərazilərə dəvət edib.

Qeyd olunub ki, onların könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində iş aparılır.