"Kaspi"nin baş direktoru təhsil nazirinə müşavir təyin edildi - EKSKLÜZİV
    • 9-06-2021, 19:07
    • 928

"Kaspi"nin baş direktoru təhsil nazirinə müşavir təyin edildi - EKSKLÜZİV

Təhsil naziri Emin Əmrullayevə yeni müşavir təyin olunub.

News24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, yeni müşavir Elnur Əliyevdir. 

Qeyd edək ki, Elnur Əliyev bundan əvvəl Kaspi Təhsil Şirkətinin baş direktoru olub.

Elnur Əliyev ali təhsilini Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də Londonda "Universitety college"də alıb. 

Təhsil camiyəsində yaxşı tanınan Elnur Əliyev, xüsusilə xaricdə təhsil almaq istəyən gənclər üçün məsləhətləri ilə seçilib. Eyni zamanda o, təhsillə bağlı bir çox beynəlxalq proqramlarda iştirak edib.