"Azərbaycan incəsənəti üçün fəlakət ilidir" - Valeh Kərimov
    • 10-06-2021, 11:08
    • 745

"Azərbaycan incəsənəti üçün fəlakət ilidir" - Valeh Kərimov

Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu, həmkarı Ramiz Əzizbəyli haqqında danışıb. 

Valeh Kərimov News24.az-a açıqlamasımda Ramiz Əzizbəylinin ölümündən kədərləndiyini deyib: 

"Azərbaycan incəsənətinin talanan vaxtıdır. Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi. Sanki fəlakət bu il Azərbaycan incəsənəti üçündür.  Ramiz Əzizbəyli böyük istedada malik idi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsi ilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıdır. Özünə təskinlik verirdi ki, sağalacaq. Xəstəxanaya getmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi.  Artıq Ramiz getdi, Azərbaycan incəsənəti onu itirdi. 1960-70-ci illərdə  yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz.  Mahnılar da oxuyurdu, onun "Bəyin oğurlanması" filmində "Aman tello" mahnısını ifa etmişdi". Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin".

Sevda Bayramova