"Ramizin yasına getmədim, çünki..." - AFAQ BƏŞİRQIZI AÇIQLADI
    • 10-06-2021, 17:44
    • 759

"Ramizin yasına getmədim, çünki..." - AFAQ BƏŞİRQIZI AÇIQLADI

Bəzi xəbər saytlarda Xalq artisti Afaq Bəşirqızının xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər yayılıb. Bunun nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün aktrisa ilə əlaqə saxladıq.

Xalq artisti Afaq Bəşirqızı News24.az-a açıqlamasında  xəstəxanaya yerləşdirilmədiyini, amma hər gün düzənli müalicəsi ilə bağlı gedib-gəldiyini bildirib:  "Xəbərlər doğru deyil, dediklərimi şişirdiblər. Düzdür, xəstəxanadayam, amma yalnız müalicələrim üçün gedib-gəlirəm. Yəni xəstəxanaya yerləşdirilməmişəm. Səhhətim normaldır".

Aktrisa mərhum həmkarı Xalq artisti Ramiz Əzizbəylinin dəfnində iştirak etməməsinə də aydınlıq gətirib: "Həkimlər mənə hüzr mərasimlərinə, yas yerlərinə getməyə icazə vermirlər. Bilirsiniz ki, mərhum koronavirusdan vəfat edib, ona görə də ora getməyimi qəti şəkildə yasaqladılar. Bundan öncə vəfat edənlərin də hüzr yerlərinə gedə bilmədim. Həkimlərin dediyindən əlavə, özümün də buna gücü yoxdur. Ramiz Əzizbəyliyə haqqımı halal elədim".