Ərdoğanın seçkilərdən sonra yazdığı İLK SÖZ rekord qırdı
    • 25-06-2018, 10:14
    • 991

Ərdoğanın seçkilərdən sonra yazdığı İLK SÖZ rekord qırdı

Türkiyədəki prezident seçkilərində AKP ilə MHP-nin qurduğu Cümhuriyyət İttifaqı Millət İttifaqına qarşı mübarizəsində zəfər qazanıb. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərinin ilk turunda ən çox səsi toplayaraq yeni sistemdə bunu bacaran ilk prezident olub.

Prezident daha sonra tvitter hesabından paylaşım edib.

O, Millət İttifaqının seçki kampaniyaları boyunca istifadə etdiyi “Tamam” şüarına işarə edərək “Davam” mesajını yazıb.

Prezidentin bu tviti qısa müddətdə paylaşım və bəyənmə rekordu qırıb.


//Publika.az