"Xəyanəti gördüm, sevdim, uduzdum..." - AYSEL ƏLİZADƏ
    • 12-06-2021, 11:18
    • 521

"Xəyanəti gördüm, sevdim, uduzdum..." - AYSEL ƏLİZADƏ

Müğənni Aysel Əlizadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, müğənni "İnstagram"da xəyanətdən yazıb: "Nə yaxşı ki, o yollardan keçdim: xəyanəti gördüm, sevdim, uduzdum. Məni mən edən hər şeyə, yaxşı və pisi ilə bərabər təşəkkür edirəm. Mən artıq bunlarla bərabər mənəm. Bütün yorulduqlarıma rəğmən həyat hələ də çox gözəldir. Yaşamaq daim vecimdə, istəyimdə olacaq. Xoş gəldin yeni yaşım, yeni ilim, səndən arzularımın gerçək olmasını istəyirəm".