Nazir Tapqaraqoyunluda “Son zəng” çaldı, göyərçin uçurdu - Fotolar -Video
    • 14-06-2021, 12:07
    • 608

Nazir Tapqaraqoyunluda “Son zəng” çaldı, göyərçin uçurdu - Fotolar -Video

Təhsil naziri Emin Əmrullayev Goranboy rayonunun Tapqaraqoyunlu da keçirilən “Son zəng” tədbirinə qatılıb. 

News24.az xəbər verir ki, bu haqda nazir öz "Facebook" səhifəsində yazıb.

"Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar"- nazir qeyd edib.