“Gürcüstan bölgədə sülhməramlı rolunun ilk konkret nəticəsinə nail olub"- XİB BAŞÇISI
    • 14-06-2021, 13:59
    • 398

“Gürcüstan bölgədə sülhməramlı rolunun ilk konkret nəticəsinə nail olub"- XİB BAŞÇISI

“Müstəqilliyin bərpasından sonra Gürcüstanın bütün hakimiyyətləri regionda sülhməramlı rolunu öz üzərilərinə götürməyə çalışıblar”.

Bunun Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani brifinqdə deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında iyunun 12-də əldə olunan humanitar razılaşma bu cəhdlərin ilk konkret nəticəsidir: “Tbilisinin Cənubi Qafqazda vasitəçiliyi qlobal təhlükəsizlik kontekstində, yeni geosiyasi mühitdə Gürcüstanın rol və funksiyasını prioritet mövzuya çevirməyə yönəlib”.
/Report/