4 nəfər ev sahibəsinə bıçaqla hücum etdi, pul və telefonunu oğurlayıb qaçdılar
    • 15-06-2021, 12:37
    • 428

4 nəfər ev sahibəsinə bıçaqla hücum etdi, pul və telefonunu oğurlayıb qaçdılar

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələrində “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olub. 

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.