-
- 15-06-2021, 14:19
- 919
"Cıdır düzündə ilk tamaşaçılarımız qazilər və Şəhid ailələri olacaq" - Şuşa Teatrı qayıdır
"Ən böyük arzumuz Şuşaya qayıdıb, orda teatrımızın fəaliyyətini davam etdirməkdir".
Bu sözləri News24.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının mətbuat katibi Yaşar Muradov deyib.
O, bildirib ki, yaradıcı heyət artıq xüsusi repertuar da hazırlayıb: "Pandemiya dövrü olduğundan yaradıcı heyətin məhdud sayda üzvü bir araya gəlib müzakirə apara bilib. Amma buna baxmayaraq, teatrımızın yaradıcı heyəti Qələbəmiz, zəfərimizlə bağlı möhtəşəm bir tamaşanın üzərində çalışır. Güman edirik ki, bu yaxınlarda teatrlar açılacaq və biz daha intensiv şəkildə toplaşıb məşqlərimizi edə biləcəyik. Əminəm, bizim Şuşaya qayıdışımız möhtəşəm olacaq. İnşaallah, hava da gözəl olar və biz tamaşamızı Cıdır düzündə oynayarıq. Onu da deyim, Şuşada baş tutacaq premyeramızın ilk seyirciləri qazi və Şəhid ailələri olacaq. Çünki bizi Şuşamıza məhz onlar qovuşdurdular. Teatr binamızın açılış gününü səbirsizliklə gözləyirik".
Mədəniyyət nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə də bildirib ki, tezliklə Şuşa və Ağdam teatrları həmin rayonlarda fəaliyyətini bərpa edəcək: "Bildiyiniz kimi, ötən gün Cənab nazir teatrların yenidən bərpası ilə bağlı ümidverici fikirlər səsləndirib. Ona görə də, ümid edirik ki, tezliklə teatrların qapıları seyircilərin üzünə açılacaq. Qarabağ teatrlarına gəlincə, bəli, bu yöndə ciddi işlər aparılır. Mədəniyyət Nazirliyi Qarabağda olan bütün mədəni müəssələrin fəaliyyətini bərpa edəcək".