Beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib - FOTO
    • 16-06-2021, 13:04
    • 633

Beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib - FOTO

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

News24.az xəbər verir ki, Beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib - "Düşüncələr" adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və "İntikalun" (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko seçilib.

Qeyd edək ki, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib. Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək. Müsabiqəinin qaliblərindən biri xarici vətəndaş olduğundan onun xalça kəsimi mərasimində iştirakı üçün yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.