İlkin Süleymanovun növbəti məhkəmə prosesi başladı
    • 16-06-2021, 15:39
    • 1 084

İlkin Süleymanovun növbəti məhkəmə prosesi başladı

Tovuz rayonu, Dondar Quşçu kənd sakini Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun növbəti məhkəmə prosesi başlayıb. 

News24.az xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilir. Məhkəmə prosesinə Nərmin Quliyeva və İlkin Süleymanovun yaxınları, jurnalistlər, hüquq müdafiəçiləri qatılıb. Prosesdə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi dinlənilib.

Qeyd edək ki, Şərif Quliyev ötən məhkəmə prosesində ifadə verib, lakin hakimlərin qərarına əsasən çıxış yarımçıq saxlanılıb və məhkəmə prosesi təxirə salınıb.