İlkin Süleymanovun məhkəməsində hakimlə vəkil arasında gərginlik yarandı - YENİLƏNDİ
    • 16-06-2021, 17:50
    • 1 043

İlkin Süleymanovun məhkəməsində hakimlə vəkil arasında gərginlik yarandı - YENİLƏNDİ

Tovuz rayonu, Dondar Quşçu kənd sakini Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun bugünki məhkəmə prosesi başa çatdı.

News24.az xəbər verir ki, məhkəmənin növbəti iclası iyunun 30-na təyin edildi.

***

Xəbər verdiyimiz kimi, Tovuz rayonu, Dondar Quşçu kənd sakini Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilir.

News24.az xəbər verir ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi dinlənilib.

Proses zamanı İlkin Süleymanovun vəkillərindən biri Əlibaba Rzayevlə hakim Dadaş İmanov arasında gərginlik yaranıb. Hakim vəkilə Şərif Quliyevə təkrar suallar verməməsi ilə bağlı xəbərdarlıq edib. Vəkil isə əvəzində israrla etiraz edərək suallar ünvanlamaqda davam edib. Vəkilin etirazı hüquqi əsas olmadığı üçün qəbul edilməyib. Yaranan gərginlik zamanı hakim prosesə 20 dəqiqə fasilə verib.

Teymur Məmmədov

Bakı-Gəncə-Bakı