İlham Əliyevlə Ərdoğan Türkiyə millisinin oyununu izləyir
    • 16-06-2021, 20:09
    • 846

İlham Əliyevlə Ərdoğan Türkiyə millisinin oyununu izləyir

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.

News24.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxırlar. UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasındadır.

A qrupu

20:00. Türkiyə - Uels

Baş hakim: 
Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu
1İtaliya11003-03
2İsveçrə10101-11
3Uels10101-11
4Türkiyə10010-30
Qeyd edək ki, Türkiyə ilk oyunda Romada İtaliyaya 0:3 hesabı ilə məğlub olub, Uels isə Bakıda İsveçrə ilə qollu heç-heçə (1:1) edib.