AVRO-2020: UEFA futbolçulardan içki butulkalarına toxunmamağı xahiş edib
    • 17-06-2021, 19:15
    • 622

AVRO-2020: UEFA futbolçulardan içki butulkalarına toxunmamağı xahiş edib

UEFA Avropa çempionatında mübarizə aparan milli komandalara müraciət edib.

News24.az xəbər verir ki, bu barədə AVRO-2020-nin direktoru Martin Kallen mətbuat konfransında deyib.
Onun sözlərinə görə, UEFA futbolçulardan mətbuat konfransı zamanı stolun üzərinə qoyulan içki butulkalarına toxunmamağı xahiş edib: "Bu, vacib məsələdir. Çünki sponsorların gəliri həm turnir, həm də Avropa futbolu üçün çox önəmlidir".
Qeyd edək ki, əvvəlcə Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola"dan imtina etməklə bağlı çağırış edib. Ardınca isə Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba mətbuat konfransı zamanı pivə butulkasını götürərək yerə qoyub. /report.az