"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Zamin Rəhimov - VİDEO
    • 17-06-2021, 19:26
    • 758

"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Zamin Rəhimov - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin dördüncü buraxılışını təqdim edir.

News24.az
xəbər verir ki, 28 il öncə anasının qucağında doğma Cəbrayıldan didərgin düşən Zamin illər sonra şanlı ordunun sıralarında ata evinə qayıdır. Bir neçə gün sonra isə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.

Çalışdığı kollektivin ən şən üzvü olmuş Zamin haqda iş yoldaşları, valideynləri böyük məhəbbətlə söz açıblar.

Bu gün qəhrəmanımızın yeganə övladı İnci atasının Qarabağdan məcburi köçkün düşdüyü yaşdadır. Atası kimi minlərlə qəhrəmanın canı, sağlamlığı bahasına azad olunmuş bütöv Azərbaycanın qucağında böyüyür.