Oğuzda kafedə nöqsanlar aşkar olundu
    • 21-06-2021, 11:59
    • 389

Oğuzda kafedə nöqsanlar aşkar olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü” kafesində yoxlama keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
-->