Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 107 tank əleyhinə mina aşkarlanıb
    • 21-06-2021, 14:03
    • 574

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 107 tank əleyhinə mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan News24.az-a bildirilib ki, iyunun 14-dən 19-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 89 piyada əleyhinə mina, 107 tank əleyhinə mina və 11 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 111 hektar ərazi mina və PHS-lardan təmizlənib.