"Şuşaya gedə bilmədim çünki..." - ARİF BABAYEV
    • 21-06-2021, 15:52
    • 556

"Şuşaya gedə bilmədim çünki..." - ARİF BABAYEV

"Səhhətim normaldır, müalicəm davam edir. Hazırda Azərbaycandayam, amma ola bilsin ki, Türkiyəyə getdim".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Arif Babayev deyib. O, bildirib ki, səhhətinin ağır olması və təcili Türkiyəyə aparılması ilə bağlı yazılan xəbərlər yalandır: "Düzdür, səhhətimlə bağlı müntəzəm Türkiyəyə gedib-gəlirəm, əhval-ruhiyyəm də yaxşıdır. Efirlər məni tez-tez proqramlara çağırırlar, amma hələ ki, getmirəm. Bu yaxınlarda Şuşa səfəri üçün də təklif gəldi, amma təəssüf ki, gedə bilmədim. Səhhətimə görə ehtiyat elədim. Qorxdum ki, özümü soyuğa verərəm. Çox tezliklə tam gümrah şəkildə sevənlərimin qarşısına çıxacam".