İtaliyanın daxili işlər nazirinin yataq fotosu
    • 5-11-2018, 19:00
    • 815

İtaliyanın daxili işlər nazirinin yataq fotosu

İtaliyanın baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvinin sevgilisi televiziya ulduzu Elisa İsoardi ayrıldıqlarını sosial şəbəkədə elan edib.

Elisa nazirlə olan yataq fotosunu paylaşıb.
Salvini ilə Elisanın ayrıldıqları barədə iddialar neçə gün idi ki, İtaliya mətbuatını zəbt etmişdi. İsoardi isə bu gün sosial şəbəkədəki bir paylaşımı ilə iddiaların həqiqət olduğunu bildirib. O, İnstaqramdakı səhifəsində Salvini ilə yataqda çəkilmiş fotosunu paylaşıb.
Fotoda Salvininin Elisanı öpdüyü əks edilib. Qadın fotoya bir şer və “Aramızda yaşanan əsl sevgiyə hörmətlə. Təşəkkürlər Mateo” cümləsini yazıb.

//Olke.az