-
- 23-06-2021, 14:36
- 473
Bayramov və Lavrov Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə etdi
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.
Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini, qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.
Söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunublar. Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulandıb.
Xarici işlər nazirlikləri vasitəsi ilə gələcək təmaslar da razılaşdırılıb.