-
- 23-06-2021, 17:02
- 499
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.
Universitetin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova açıqlamasında bildirib ki, Təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb. Nazirin əmriilə, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir. Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. Həmçinin AzTU-nun uzun illər Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən İsa Xəlilova uğurlu fəaliyyəti üçün təşəkkürlərini bildirib.
AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.
2016-cı ildən indiyə kimi Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi vəzifələrində çalışıb. Təhsil Nazirliyində işlədiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələri üçün tədris-metodiki və hüquqi sənədlərin hazırlanmasında iştirak edib. Həmçinin Azərbaycanda keçirilən müxtəlif sosialyönümlü beynəlxalq və yerli tədbirlərdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin və könüllü tələbələrinin iştirakının təmin olunmasında, onların ölkəmizin adının beynəlxalq arenaya çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsində qurumlararası koordinasiyanı həyata keçirib.
Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1 fənn proqramının müəllifidir. /Trend/