Səfər Mehdiyevin bacısı oğlu dünyasını dəyişdi - FOTO
    • 24-06-2021, 10:15
    • 823

Səfər Mehdiyevin bacısı oğlu dünyasını dəyişdi - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.

News24.az-a etibarlı mənbədən verilən məlumata görə, Səfər Mehdiyevin bacısı oğlu 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib. Mərhumun axşam saatlarında ürək tutmasından vəfat etdiyi bildirilir.

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. 

Fərman Əliyevin 3 uşağı var idi.