Anar Kərimovun Gürcüstan səfərinin tarixi dəyişdirildi
    • 24-06-2021, 18:02
    • 938

Anar Kərimovun Gürcüstan səfərinin tarixi dəyişdirildi

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Gürcüstana bu ay planlaşdırılan səfərin vaxtı dəyişdirilib.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib: "Azərbaycan Respublikasi mədəniyyət naziri Anar Kərimovun Gürcüstana rəsmi səfəri İyul ayında nəzərdə tutulub. Səfərin tarixləri, formatı, proqramı və digər detallar qarşı tərəflə razılaşdırılır".