Əməkdar artist oğlunu evləndirir
    • 25-06-2021, 15:49
    • 697

Əməkdar artist oğlunu evləndirir

Əməkdar artist Almaz Orucova oğlunu evləndirir.

News24.az xəbər verir ki, sənətçi bu haqda ATV kanalındakı proqramlardan birində deyib. Bildirib ki, ən böyük arzusu yeganə övladı Azəri sevdiyi insanla birgə, xoşbəxt görməkdir: "Bu yaxınlarda Söz kəsdik. Nişan payızda olacaq. Özünün seçdiyi, illərdir tanıdığı xanımla ailə qurur. Bir kişi bir qadının, bir qadın bir kişinin əlini tutursa, heç vaxt buraxmasın. Ən böyük arzumdur ki, çətinlik olsa da, onu bir yerdə keçsinlər. Mən hər zaman demişəm, ailə qurduğun insanla gərək sirdaş, dost olasan. Bu hisslərdən, qarşılıqlı sevgidən və hörmətdən yaranan münasibət davamlı olur" -  A.Orucova deyib.
Qeyd edək ki, Azər təhsili ilə bağlı uzun illərdir Avropada yaşayır.