London metrosunda dəhşətli partlayış - Video
    • 28-06-2021, 18:19
    • 368

London metrosunda dəhşətli partlayış - Video

İngiltərənin paytaxtı Londonda metro stansiyasında partlayış baş verib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə 10 yanğınsöndürən maşın və 70 şəxsi heyət cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Rəsmilər yerli əhalini hadisə yerindən uzaqlaşmağa, pəncərə və qapılarını bağlı saxlamağa çağırıb.