Maska taxmayan Avstraliya Baş nazirinin müavini cərimə olundu
    • 29-06-2021, 09:31
    • 264

Maska taxmayan Avstraliya Baş nazirinin müavini cərimə olundu

Avstraliya Baş nazirinin müavini Barnabi Coys koronavirus pandemiya qaydalarını pozduğuna görə 150 dollar cərimə olunub.

News24.az xəbər verir ki, ictimai yerdə maskadan istifadə etməyən B.Coysu vətəndaşlardan biri polisə şikayət edib. Baş nazirin müavini cəriməyə etiraz etməyib.