Ramiz Rövşənin "Qara paltarlı qadın” şeiri ərəb dilində dərc olundu
    • 29-06-2021, 17:01
    • 968

Ramiz Rövşənin "Qara paltarlı qadın” şeiri ərəb dilində dərc olundu

Azərbaycanın Xalq şairi Ramiz Rövşənin yaradıcılığı Oman ədəbiyyat portalında işıqlandırılıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən News24.az-a verilən məlumata görə, Omanın populyar “poetsgate.com” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairinin ərəb dilinə tərcümə edilmiş “Qara paltarlı qadın” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Şeirin ərəb dilinə tərcümə müəllifi Fərid Camalovdur.