Peyvənd olunmaq istəyənlərin nəzərinə

Peyvənd olunmaq istəyənlərin nəzərinə
SOSİAL

29-06-2021, 19:03

Mətn ölçüsü

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər.

Bu barədə News24.az-a İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb.

Bildirilir ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir. 

Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir. 

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.