-
- 30-06-2021, 11:36
- 435
“Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirildi
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 2020- ci ili bütün dünya üçün çətin il adlandırıb:
“Ancaq ilin sonunda biz ən böyük imtahandan çıxmış olduq. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz düşmənlə mübarizədə qalib gəldi. 10 illiklər ərzində doğma evlərindən məhrum olan köçkünlərin evlərinə qayıtmaq ümidlərini gerçəkləşdirdi.
Bu qələbə bir mesaj idi ki, biz istənilən problemin öhdəsindən gələ bilərik. Qarabağda azad edilmiş torpaqlarda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bu layihə dünya ictimaiyyətinə zərərin həcmini çatdırmaq məqsədilə yaradılıb”. /Qafqazinfo/