Milli Xalça Muzeyi ziyarətçiləri pulsuz qəbul edəcək
    • 30-06-2021, 12:23
    • 872

Milli Xalça Muzeyi ziyarətçiləri pulsuz qəbul edəcək

Milli Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir.

Muzeydən News24.az-a bildirilib ki, ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.
Aksiyaya qoşulmaq üçün:

- muzeyin sosial şəbəkələrdəki səhifələrini "like" etmək

- elanı öz səhifənizdə paylaşmaq;

- Linkə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır

https://forms.gle/NBWXfY3RFqpSaEtt6

Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.