Ötən sutka 81 yanğına çıxış olub, 5 nəfər xilas edilib - FHN
    • 5-07-2021, 12:54
    • 422

Ötən sutka 81 yanğına çıxış olub, 5 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Xəzər rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.