Havada toz dumanı müşahidə edilir
    • 5-07-2021, 13:44
    • 598

Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir. 

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və  iqlim şəraiti üçün xarakterikdir. 

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub. 

Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.