Koronavirusa görə dünya çempionatı təxirə salındı
    • 6-07-2021, 12:56
    • 412

Koronavirusa görə dünya çempionatı təxirə salındı

Şahmat üzrə dünya çempionatları təxirə salınıb.

News24.az xəbər verir ki, bu barədə qərarı FİDE verib.

Qurum 7 müxtəlif dünya çempionatı ilə bağlı qərar verib. Buna səbəb koronavirus pandemiyasıdır.

FİDE 2021-ci ildə təşkil edilməli olan çempionatları bir il sonraya təxirə salıb. Bu çempionatlar 2022-ci ildə baş tutmalıdır.

Təxirə salınan çempionatlar:
Məktəblilər arasında dünya çempionatı (Panama)
14, 16, 18 yaşadək gənclər arasında dünya çempionatı (Rumıniya)
8, 10, 12 yaşadək kadetlər arasında dünya çempionatı (Gürcüstan)
Veteranlar arasında dünya çempionatı (İtaliya)
Komandalararası dünya çempionatı (İtaliya)
14, 16, 18 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)
8, 10, 12 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)