192 nəfər işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazandı
    • 7-07-2021, 17:22
    • 437

192 nəfər işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazandı

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib.

Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.