Haiti prezidentini öldürən şəxslər saxlanıldı
    • 8-07-2021, 09:08
    • 392

Haiti prezidentini öldürən şəxslər saxlanıldı

Haitinin prezidenti Jovenel Moizini öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə ölkənin dövlət katibi "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, hadisə və qatillərlə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moizi iqamətgahına hücum edən naməlum şəxslər tərəfindən öldürülmüşdü. Onun öülümündən sonra ölkədə hərbi vəziyyət elan edilib.