Gədəbəydə çoban sel sularında boğularaq öldü
    • 8-07-2021, 16:05
    • 384

Gədəbəydə çoban sel sularında boğularaq öldü

Gədəbəydə güclü yağışdan sonra gələn sel sularında çoban boğularaq ölüb.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib qoyun otaran zaman sel onu aparıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.