2021-ci ilin Kann Film Festivalının açılışı – Fotolar - Video
    • 8-07-2021, 18:10
    • 684

2021-ci ilin Kann Film Festivalının açılışı – Fotolar - Video

"Və budur, digər heç bir ilə bənzəməyən bir ildən sonra, gözəl geyimlərimizlə burdayıq. Qlamur üçün darıxmışdınız? Mən çox darıxmışdım!” - deyə Kann Film Festivalının açılışında Hollywood ulduzu Codi Foster bildirdi. 






Codi bu il Kann Film Festivalının ən yüksək mükafatı olan - fəxri “Qızıl palma budağı” mükafatı laureatı oldu. Mükafatı aktrisaya İspan rejissoru Pedro Almadovar təqdim edib. Bu mükafat tarixində doqquzuncu belə mükafatdır.

“Mavritaniya” ulduzu açılışa, festivalın əfsanəvi tərəfdaşı olan Chopard zərgərlik evinin təqdim etdiyi brilliant sırğalarının parıldamasını heyrətamiz bir şəkildə vurğulayan sadə bir Givenchy paltarında gəldi.

Həmçinin, Cesika Çesteyn Dior-dan möhtəşəm qara paltarı və Chopard-dan olan göz qamaşdıran yaqut boyunbağı ilə fotoqrafların diqqətini çəkdi. Qırmızı saçları ilə mükəmməl şəkildə uyğunlaşaraq, müxbirlərin kamera işıqlarını özünə cəlb edirdi.




Jean Paul Gaultier-dən qara şleyfli olan ağ paltarda və Chopard-dan olan brilyant sırğalarına üstünlük verən model Bella Hadid də hər kəsi heyrətə saldı.






Öz növbəsində Karla Bruni Celine-dan səma mavisi rəngli paltarda kövrək və incə görünürdü. İmicinin zərifliyini rəngli daşlarla işlənmiş böyük Chopard qolbağı ilə vurğuladı.




Amerikalı aktrisa Meqqi Cillenhol da Celine və Chopard tandeminə üstünlük verdi. İsveçrə zərgərlik Evinin sırğalarını, uçan atqısı olan zərif ağ paltarı ilə mükəmməl şəkildə tamamladı.




Modellər Eliza Senavi və Doria Tillier digərləri kimi işıq saçdılar.

İtalyalı Eliza Senavi, möhtəşəm çıxış üçün payetli yaşıl paltar və Chopard-dan heyranedici zümrüd və brilliantlı sırğaları seçdi.



Fransız xanım Doria Tillier daha çox Chopard-dan brilliant-çilçıraq sırğalarını vurğulayaraq, sadə bir ağ paltar seçdi.
Bu ilki festivalda kişilər təmkinli və zərif idilər. Və biz sadəcə iki möhtəşəm görünüşü qeyd etməyə borcluyuq.
Venesuela aktyoru Alehandro Nones, qalstukunu cazibədar şəkildə düzəldərək, Chopard-dan saatı nümayiş etdirirdi.




Cənubi Koreyalı aktyor, məşhur "Parazitler" serialının qəhrəmanı Son Kanq Ho da bu əfsanəvi İsveçrə markasının saatlarına üstünlük verdi.



Beləliklə, Ulduz Paradı başa çatdı və dünyanın ən qədim və ən prestijli film festivallarından biri açıldı!

Bu il Kann Film Festivalının əsas mükafatı uğrunda 24 film yarışacaq və ümumilikdə 60-dan çox film fərqli festival hissələrində nümayiş ediləcək.